2017-ci ildə bank-maliyyə sektoru-QISA İCMAL

2017-ci ildə Azərbaycanın bank-maliyyə sektorundakı yeniliklərlə bağlı BBN.az saytının hazırladığı yazı ilə aşağıda tanış ola bilərsiniz.

 

Yada salaq:

6 yanvar- 12 kredit ittifaqının lisenziyası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Arzu Kredit İttifaqı”, “Azəriinvest Kredit İttifaqı”, “Cənub Kredit İttifaqı”, “Ceyhun Kredit İttifaqı”, “Compass Kredit İttifaqı”, “F.A.S. Kredit İttifaqı”, “Həkəri Kredit İttifaqı”, “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilən lisenziyalar ləğv edildi.

12 yanvar- Azərbaycan tam “üzən məzənnə”yə keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərracında yeni satış qaydalarını tətbiq etdi

 

12 yanvar- Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya bankları qarşısında yeni tələb qoydu 

Banklar bank əməliyyatı aparan vergi ödəyicisinin nağd əməliyyat limitini müəyyən edərək palataya təqdim etməlidir.

 

16 yanvar- Kommersiya banklarına yeni göstəriş verildi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tələb edib ki, banklar rəsmi internet səhifələrində valyutanın nağd alqı-satışına dair məzənnələrlə yanaşı, qeyri-nağd yolla konvertasiya məzənnələrini də göstərsinlər.

 

16 yanvar- Vergilər Nazirliyi 70 minə qədər ödəyicinin faiz borcunu sildi

Azərbaycan Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-i tarixinə faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısını dərc etdi. Qeyd edilən tarixə 18 932 hüquqi şəxsə amnistiya təqdim edildi. Amnistiya tətbiq edilən fiziki şəxslər siyahısında 50 163 nəfərin adı oldu. Hüquqi şəxslərin siyahısında “Atabank” (46 402 manat), ləğvetmə prosesində olan “Atrabank” (852 manat), “Birlik Bank” (91 224 manat), “Bank Standard” (16 574 manat), “Debüt Bank” (27 283 manat), “Texnika Bank” (522 292 manat), “United Credit Bank” (8 117 manat), “Eurobank” (29 manat), “Azərsu” (13 692 458 manat), Əmlak Məsələri Dövlət Komitəsi (14 145 409 manat), “AZAL” (14 475,1 manat) və s. var idi.

 

3 fevral- Azərbaycanda maliyyə ombudsmanının əsasnaməsi təsdiq edildi

Bununla bağlı qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) sonuncu ümumi yığıncağında qəbul edildi

 

31 mart-Azərbaycanda ilk dəfə bank BOKT-a çevrildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Para” ASC bank olmayan kredit təşkilatına (BOKT) girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verildi

 

 10 aprel- Kommersiya banklarının rəhbərləri Maliyyə Savadlılığı Şurası yaratdı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində üzv təşkilatların rəhbərliyindən ibarət Maliyyə Savadlılığı Şurası (MSŞ) yaradıldı.

 

 18 aprel- “Caspian Development Bank ” ləğv edilərək “Atabank”a birləşdirildi

“Atabank” və “Caspian Development Bank” (CDB) ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edildi

 

12 may-Azərbaycan hökuməti ABB-nin xarici borclarını ödəməyi öz öhdəsinə götürdü

 

4 iyul- Daha bir sığorta şirkətinə lisenziya verildi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verdi

 

31 iyul- Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzaladı

 

 9 avqust- Azərbaycan Banklar Assosiasiyası hərrac mərkəzi yaratdı

Vergilər Nazirliyi Azərbaycan Banklar Assosiasiyasına (ABA) məxsus “Hərrac mərkəzi” MMC-ni dövlət qeydiyyatına aldı

 

 5 sentyabr- Bank Ombudsmanı rəsmi olaraq fəaliyyətə başladı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış Bank Ombudsmanının rəsmi internet səhifəsi fəaliyyətə başladı

 

20 sentyabr- “Bank Standard”ın ləğv planı təsdiq olundu

 

28 sentyabr- “SWIFT” İstifadəçilər Qrupuna yeni sədr və katib seçildi 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini Nahid Zeynalov “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri, Bankın Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova isə qrupun katibi seçildi

 

3 Noyabr – “Bank Ombudsman”na daxil olmus müraciət üzrə vətəndaşla bank arasında ilk barışıq sazişi imzalandı 

 Bank Ombudsmanının ofisində vətəndaşla  fikir ayrılığı yarandığı bank – “Muğanbank” arasında barışıq sazişi imzalandı

 

6 Noyabr –  Azərbaycan Sənaye Korporasiyası yaradıldı

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzaladı

 

6 Noyabr -Güzəştli mənzillər üçün ipoteka kreditinə dair tələb dəyişdi

Azərbaycan prezidenti  İlham Əliyev   “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik etdi. Dəyişikliyə əsasən agent bank və borcalana mənzilin satış qiymətinin 90 faizi çərçivəsində kredit məbləğini müəyyənləşdirmək sahəsində birmənalı sərbəstlik verildi. Başqa sözlə, mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.

 

23 Noyabr – Bakıda II Bankçılıq Forumu keçirildi

Bakıda 23-24 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı  II Bankçılıq Forumu (İslahatlar, Nəticələr və Perspektivlər) baş tutdu.

 

29 Noyabr – Prezident Kredit Zəmanət Fondunun Nizamnaməsini təsdiq etdi 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı.

 

6 dekabr- Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə 250 mln. dollar ayırdı

ADB Direktorlar Şurası Azərbaycana 250 mln. dollar dəyərində kreditin ayrılmasını təsdiq etdi.

 

20 dekabr- “Azərbaycan Kredit Bürosu” MMC təsis edildi

20 dekabr 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirildi. İclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alındı. Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC oldu.

 

22 dekabr- “DəmirBank” ASC ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edildi

 

26 dekabr- İpoteka Fondu və Kredit Zəmanəti fondu birləşdirildi

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə sərəncam imzaladı

MÜDDƏT