Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində ABA-da aşağıdakı işlər yerinə yetirilmişdir:

  • 2003-cü ildə Gürcüstan Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
  • 2004-cü ildə Rusiya Regional Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
  • 2005-ci ildə Yunanıstan Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
  • 2005-ci ildə Şimali Kipr Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
  • 2007-ci ilin avqustun 21-də Latviya Kommersiya Bankları Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır. Bu sənəddə Latviyada və bütövlüklə Baltikyanı ölkələrdəki həmkarlarımızla əməkdaşlığımızın gücləndirilməsi nəzərdə tutulur;
  • ABA, 2007-ci il sentyabrın 6-da, MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurasının) tərkibinə qəbul edilmişdir;
  • 2007-ci ildə həmçinin Ukrayna Banklar AssosiasiyasıBelarusiya Banklar Assosiasiyaları ilə də ƏS imzalanmışdır.
  • 2007-ci ilin noyabr ayında (GUAM üzv-ölkələrinin banklar assosiasiyalarındakı həmkarlarımızla məsləhətləşmələrdən sonra) GUAM üzv-ölkələrinin banklar assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair Niyyət Protokolu imzalanmış, bir müddət sonra, elə həmin ayda qeyd edilən strukturun yaradılmasına dair Saziş imzalanmışdır;
  • 10 dekabr 2007-ci il tarixdə Kişinyov şəhərinə, Moldova Banklar Assosiasiyası ilə ƏS imzalanmışdır;
  • 2008-ci ilin fevral ayında ABA, Avropa Bank Federasiyasına (ABF) assosiativ üzv qəbul olunmuşdur. ABF ilə əməkdaşlıq ABA-ya bank sisteminin nizamlı fəaliyyətinin təşkili sahəsində əvəzolunmaz təcrübədən faydalanmaq imkanı ilə yanaşı, Avropa ölkələrinin bank qanunvericiliyinə aid müxtəlif məlumat bazalarına çıxış imkanı vermişdir;
  • 2008-ci ilin aprel ayında aşağıdakı banklar assosiasiyaları ilə əməkdaşlıq Sazişləri imzalanmışdır:
  • Qazaxıstan Banklar Assosiasiyası,
  • Qırğızıstan Banklar İttifaqı,
  • Özbəkistan Banklar Assosiasiyası,
  • Tacikistan Banklar Assosiasiyası.

Bu Sazişlər ABA-ya Mərkəzi Asiya regionundakı həmkarlarımız ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçməyə və üzv-təşkilatlarımıza ABA vasitəsilə həmin regiondan olan partnyorları ilə birbaşa qarşılıqlı faydalı əlaqələr qurmaq imkanı vermişdir;

  • 2008-ci ilin may ayında Türkiyə Banklar Birliyi ilə ƏS imzalanmışdır. Saziş iki qardaş ölkənin banklar assosiasiyaları arasında sıx əməkdaşlıq əlaqələri qurmaqla, assosiasiyaların səlahiyyətləri çərçivəsində dövlətlərarası iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan olmuşdur;
  • 2009-cü ildə Asiya-Sakit okean regionunda Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası ilə ƏS imzalanmışdır.
  • ABA-nın təşəbbüsü ilə 17 aprel 2009-cu ildə İstanbul şəhərində Mərkəzi Avrasiya Banklar Federasiyası adlı beynəlxalq təşkilatın yaradılmasına dair Niyyət Sazişi imzalanmışdır. Federasiya 2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirlində qeydiyyatdan keçmişdir. Federasiyanın təsisçiləri Azərbaycan, Gürcüstan, Ukrayna və Qırğızıstan banklar assosiasiyalarıdır. Federasiyanın 2011-ci ilin may ayında keçirilən birinci iclasında Türkiyə və Tacikistan Banklar Assosiasiyaları da Federasiyaya üzvlüyə qəbul edilmişdir.

MÜDDƏT