Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində ABA-da aşağıdakı işlər yerinə yetirilmişdir:

    • 2003-cü ildə Gürcüstan Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
    • 2004-cü ildə Rusiya Regional Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
    • 2005-ci ildə Yunanıstan Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
    • 2005-ci ildə Şimali Kipr Banklar Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır.
    • 2007-ci ilin avqustun 21-də Latviya Kommersiya Bankları Assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır. Bu sənəddə Latviyada və bütövlüklə Baltikyanı ölkələrdəki həmkarlarımızla əməkdaşlığımızın gücləndirilməsi nəzərdə tutulur;
  • ABA, 2007-ci il sentyabrın 6-da, MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurasının) tərkibinə qəbul edilmişdir;
  • 2007-ci ildə həmçinin Ukrayna Banklar AssosiasiyasıBelarusiya Banklar Assosiasiyaları ilə də ƏS imzalanmışdır.
  • 2007-ci ilin noyabr ayında (GUAM üzv-ölkələrinin banklar assosiasiyalarındakı həmkarlarımızla məsləhətləşmələrdən sonra) GUAM üzv-ölkələrinin banklar assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair Niyyət Protokolu imzalanmış, bir müddət sonra, elə həmin ayda qeyd edilən strukturun yaradılmasına dair Saziş imzalanmışdır;
  • 10 dekabr 2007-ci il tarixində Kişinyov şəhərində, Moldova Banklar Assosiasiyası ilə ƏS imzalanmışdır;
  • 2008-ci ilin fevral ayında ABA, Avropa Bank Federasiyasına (ABF) assosiativ üzv qəbul olunmuşdur. ABF ilə əməkdaşlıq ABA-ya bank sisteminin nizamlı fəaliyyətinin təşkili sahəsində əvəzolunmaz təcrübədən faydalanmaq imkanı ilə yanaşı, Avropa ölkələrinin bank qanunvericiliyinə aid müxtəlif məlumat bazalarına çıxış imkanı vermişdir;
  • 2008-ci ilin aprel ayında aşağıdakı banklar assosiasiyaları ilə əməkdaşlıq Sazişləri imzalanmışdır:
  • Qazaxıstan Banklar Assosiasiyası,
  • Qırğızıstan Banklar İttifaqı,
  • Özbəkistan Banklar Assosiasiyası,
  • Tacikistan Banklar Assosiasiyası.

Bu Sazişlər ABA-ya Mərkəzi Asiya regionundakı həmkarlarımız ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçməyə və üzv-təşkilatlarımıza ABA vasitəsilə həmin regiondan olan partnyorları ilə birbaşa qarşılıqlı faydalı əlaqələr qurmaq imkanı vermişdir.

  • 2008-ci ilin may ayında Türkiyə Banklar Birliyi ilə ƏS imzalanmışdır. Saziş iki qardaş ölkənin banklar assosiasiyaları arasında sıx əməkdaşlıq əlaqələri qurmaqla, assosiasiyaların səlahiyyətləri çərçivəsində dövlətlərarası iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan olmuşdur;
  • 2009-cü ildə Asiya-Sakit okean regionunda Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası ilə ƏS imzalanmışdır.
  • ABA-nın təşəbbüsü ilə 17 aprel 2009-cu ildə İstanbul şəhərində Mərkəzi Avrasiya Banklar Federasiyası adlı beynəlxalq təşkilatın yaradılmasına dair Niyyət Sazişi imzalanmışdır. Federasiya 2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirlində qeydiyyatdan keçmişdir. Federasiyanın təsisçiləri Azərbaycan, Gürcüstan, Ukrayna və Qırğızıstan banklar assosiasiyalarıdır. Federasiyanın 2011-ci ilin may ayında keçirilən birinci iclasında Türkiyə və Tacikistan Banklar Assosiasiyaları da Federasiyaya üzvlüyə qəbul edilmişdir.
  • 6 noyabr 2019-cu ildə “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Anlaşma Memorandumu imzalanıb.
  • Türk dövlətlərinin banklar assosiasiyalarının yaxın və koordinasiya olunmuş əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçdiyini rəhbər tutaraq, 4 noyabr 2022-ci il tarixində, İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılmışdır. Şuranın yaradılması ilə əlaqədər Anlaşma Memorandumuna Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Respublikası Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi imza atıblar.
  • 2023-cü ilin yanvar ayında Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Maliyyə Korporasiyası Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin üzvü seçilib.
  • 15 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
  • 20 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.
  • 13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası və Türkiyə İştirakçı Banklar Birliyi arasında Türkiyə və Azərbaycanda maliyyə sektorunun inkişafına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.
  • 13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Asssosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında “Kadr Mübadiləsi” üzrə Saziş imzalanmışdır.
  • 14 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanmışdır.

MÜDDƏT