Azərbaycan Bank Tədris Mərkəzi

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.

Yaradıldığı ilk illərdə yalnız kommersiya bank işi üzrə təlim xidmətləri göstərən ABTM hazırda öz sahəsində praktik təcrübəsi olan 70-dən çox yüksək peşəkar, xüsusi təlimdən keçmiş eksperti ilə bank işi ilə yanaşı, sığorta və lizinq işi, yumşaq vərdişlər və idarəetmə mövzuları üzrə geniş çeşidli təlim xidmətləri göstərir.

ABTM orta hesabla hər il 120-150 təlim kursu keçirir və bu kurslarda ildə 1500-1800 nəfər iştirak edir. Fəaliyyətinin ilk vaxtlarında qısamüddətli ixtisasartırma kursları təklif edən ABTM bu gün beynəlxalq və yerli sertifikasiya proqramları üzrə də təlimlər aparır. Artıq 20 min nəfərdən çox dinləyicisi olan ABTM həm Azərbaycanda, həm də kənarda geniş şəbəkəyə malikdir və onun məzunları arasında yüksək vəzifəli biznes rəhbərləri, dövlət və ictimai xadimlər mövcuddur.

ABTM biznes tərəfdaşlarının institusional inkişafına daim dəstək verir və onlara idarəetmənin bütün sahələri üzrə məsləhət xidmətləri göstərir.

Məhz ABTM-nin məsləhət xidmətləri nəticəsində onlarla bank və şirkət həm yerli, həm də xarici investor cəlb edə bilmiş, onların gəlirliliyi artmış və bazar mövqeləri möhkəmlənmişdir.

2001-ci ildən işləyənlərin peşəkar biliklərinin qiymətləndirilməsini həyata keçirən ABTM hazırda öz tərəfdaşlarına həm işə qəbul, həm də karyera inkişafı zamanı ən layiqli namizədlərin peşə və şəxsi keyfiyyətlərinin uyğunluğunun online qiymətləndirilməsi xidmətlərini təklif edir və artıq 10 mindən çox şəxsin qiymətləndirilməsini həyata keçirmişdir.

ABTM-nin Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya İnkişaf Bankı, Almaniya Əməkdaşlıq Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və digər beynəlxalq institutlarla sıx əməkdaşlığı vardır və bu qurumlar tərəfindən maliyyələşdirilən 30-dan artıq layihəyə cəlb olunmuşdur.

ABTM-in saytına keçid: www.abtc.az

MÜDDƏT