Bank İnformasiya Texnologiyaları Mərkəzi

Ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində aparılan islahatları dəstəkləmək, habelə öz üzvlərinə yeni informasiya texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərmək üçün 2003-cü ildə ABA “Bank İnformasiya Texnologiyaları Mərkəzi”ni təsis etmişdir. Mərkəzin yaradılmasının məqsədlərindən biri də üzv-təşkilatların, xüsusilə də nisbətən kiçik bankların öz proqram təminatlarını birgə şəkildə (ortaqlıq əsasında) inkişaf etdirmələrində onlara yardım göstərməkdən ibarətdir.

MÜDDƏT