Üzvlük şərtləri

Assosiasiya üzvlüyünə qəbul və üzvlüyə xitam verilməsi.

  • Assosiasiya üzvlüyünə qəbul təşkilatın yazılı müraciəti əsasında Rəyasət Heyəti tərəfindən həyata keçirilir.
  • Yeni üzv ilkin üzvlük haqqını üzvlüyə qəbul olunduqdan sonrakı 10 (on) iş günü ərzində ödəməlidir.
  • Assosiasiyada üzvlüyə aşağıdakı hallarda xitam verilir:
  • təşkilat könüllü olaraq Assosiasiyanın üzvlüyündən çıxdıqda;
  • Assosiasiya üzvlüyündən çıxarıldıqda.
  • Assosiasiyanın üzvü aşağıdakı hallarda üzvlükdən çıxarıla bilər:
  • bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə və ya Nizamnamə qaydalarına riayət etmədikdə;
  • Assosiasiyanın məqsədlərinə zidd hərəkətlərə yol verdikdə.
  • Assosiasiya üzvlüyündən çıxmış və ya çıxarılmış üzvlərin əvvəllər ödədikləri üzvlük haqları, habelə göstərdikləri könüllü yardımlar geri qaytarılmır.
  • Rəyasət Heyəti tərəfindən Assosiasiyada üzvlüklərinə xitam verilmiş üzv-təşkilatlar Assosiasiyanın Ümumi Yığıncağına və məhkəməyə şikayət etmək hüququna malikdir.

MÜDDƏT