ABA-nın Ekspert Qrupu ilə AFBİA-nın üzvləri arasında görüş keçirilib

6 aprel 2018-ci il tarixində “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu ilə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”na üzv olan təşkilatlar arasında görüş keçirilib.

BBN.az xəbər verir, görüşdə Bakı Fond Birjasının,  Milli Depozit Mərkəzinin rəhbərliyi, Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə  Ekspert Qrupuna üzv olan bankların nümayəndələri ilə AFBİA-ya üzv olan PSG Kapital İnvestisiya Şirkəti”, “Paşa Kapital İnvestisiya Şirkəti” , “AzFinance İnvestisiya Şirkəti”, “İnvest-Az İnvestisiya Şirkəti , “Unicapital İvestisiya Şirkəti” və “Xalq Kapital İnvestisiya Şirkəti”nin nümayəndələri iştirak ediblər.

“Accessbank” ASC-nin Baş ofisində keçirilən görüşdə korporativ istiqrazların emissiyası və onlara investisiya, korporativ qiymətli kağızların yerləşdirilməsində ortaya çıxan problemlər, törəmə qiymətli kağızlarının emissiyası və tədavülü, eləcədə fond bazarı ilə əlaqədar imkanlar və çağırışlar müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT