ABA-nın Komplayns üzrə Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

10 may 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasda “POSİTİON PAPER” layihəsinin hazırlanması,bu layihədə bankların qarşılaşdığı ümumi çətinliklər, təkliflərin hazırlanması və çətinliklər barədə müvafiq Dövlət Orqanları ilə görüşlərin təşkil edilməsi müzakirə edilib.

Həmçinin, MMX-nin “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”na və xüsusi indikatorlarına dəyişiklik edilməsinə dair təkliflərin hazırlanması məsələsinə baxılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT