ABA-nın “Komplayns üzrə Ekspert Qrupunun” iclası keçirilib

Əlavə edilib:

1 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Komplayns üzrə  Ekspert Qrupunun” iclası keçirilib.

Görüşdə valyuta rejiminin tələbləri və idxal-ixrac əməliyyatları ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi mövqeyini əks etdirən sənədin müzakirəsi aparılıb.

Həmçinin görüş çərçivəsində müvafiq məsələlər ilə bağlı Bankların qarşılaşdıqları çətinliklər və çətinliklərin həlli yolları müzakirəsi edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT