ABA-nın “Marketinq və PR” üzrə Ekspert Qrupunun görüşü keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR” üzrə Ekspert Qrupunun növbəti görüşü baş tutub.

Görüş Ekspert Qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında keçirilib.

Görüşün əsas məqsədi maliyyə savadlığı sahəsində banklarla əməkdaşlığın artırılması, bu sahədə auditoriyanın genişlənməsinə bankların tövsiyələrinin verilməsi olub.

Belə ki, görüş zamanı AMB tərəfindən yaradılmış “Bizim pullar” platformasına marağın artırılması üçün hansı addımların effektiv ola biləcəyi, hazırda hansı məsələlərin üzərində daha çox işləməyin lazım olduğu müzakirə edilib.

Müzakirə edilən mövzulardan biri də maliyyə savadlılığı tədbirlərinin auditoriyaya daha yaxşı çatdırılmanın yolları olub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT