ABA-nın nəzdində fəaliyyət göstərən Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun ilk iclası keçirilmişdir

Əlavə edilib:

Qrupun fəaliyyətinin  koordinasiyasını ABA-nın Rəyasət Heyətində təmsil olunan “Bank Respublika” ASC öz üzərinə götürmüşdür. Qrupun fəaliyyət istiqamətlərinin qrup üzvlərilə razılaşdırmaqla müəyyən edilməsi, fəaliyyətinin təşkili və ümumilikdə işinə rəhbərlik edilməsi “Bank Respublika” ASC-nin Maliyyə departmentinin direktoru Ruslan Qasımova həvalə edilmişdir.

İclasda daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq sahəsində mövcud təcrübələr, bankların qarşılaşdığı problemlər və digər əlaqədar məsələlər müzakirə olunmuş və bu məsələlər əsasında İş Planının hazırlanması qərara alınmışdır.

Qrupunun ABA-nın ofisində baş tutan iclasında Accessbank, Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank of Baku, PAŞABank, Rabitəbank, Unibank, Yapı Kredi Bankın nümayəndələri iştirak etmişdir.

MÜDDƏT