ABA-nın Prezidenti ilə Avropa Birliyinin Eksperti arasında görüş keçirilib

Əlavə edilib:

25 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev Avropa Birliyinin Eksperti ilə görüşüb.

BBN.az xəbər verir ki, görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Avropa Birliyinin Eksperti Stefan Rosenou, Layihə Eksperti Kazım Quliyev və Şamil Qədirov iştirak edib.

Görüş zamanı aqrar sektorun maliyyələşdirilməsi, aqrar sektorla bağlı qarşıdan duran çağırışlar, bu məsələ ilə bağlı həyata keçirilən layihələrdən danışılıb.

Həmçinin, Avropa Birliyinin Eksperti banklarda aqrar sektorla bağlı həyata keçirilən işlərlə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT