ABA-nın prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib

Əlavə edilib:

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib.

Belə ki, Zakir Nuriyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalına layiq görülüb .

Xatırladaq ki, Zakir Nuriyev  1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin Sədri vəzifəsində çalışıb və  1998-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsini yerinə yetirir.

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb.

2006-cı ildən 2015-ci ilədək Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü olub. 2015-ci ildən yenidən Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib.

MÜDDƏT