ABA-nın təşkilatçılığı ilə növbəti seminar keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların məsul şəxləri üçün ABA-nın təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib.  “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, KredAqro BOKT QSC-nin, və ABA-nın üzv təşkilatlarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, seminar Unibank ASC-nin mərkəzi ofisində baş tutub.

MÜDDƏT