ABA-nın Ümumi Yığıncağı keçirilib

9 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın 2017-ci il üzrə fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA və onun törəmə qurumarının 2018-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi,“Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun yaradılmasının təsdiqi, banklarda inkassasiya işinin təkmilləşdirilməsi barədə və cari məsələlər daxildir.

İclasda ABA-nın 2017-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT