“ABA” və “IFC” birgə konfrans keçirəcək

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasından (ABA) BBN.az  saytına daxil olan məlumata əsasən, 14 sentyabr 2016-cı il tarixində ABA və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə “Azərbaycanda Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi” çərçivəində “Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfrans baş tutacaq.

Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zəruriyyət, hazırlanmış qanun layihəsinin  vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar nümayiş etdiriləcək.

Qeyd edək ki, daşınar əmlakın girov kimi göstərilməsi sonda orta və kiçik sahibkarlara kreditin verilməsini rahatlaşdıracaq, ödəmə qabiliyyəti olan amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaradacaq.

MÜDDƏT