“ABA”nın “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

23 avqust 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclas zamanı Ekspert Qrupu üzvləri mövcud situasiya ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparıb və prudensial tələblər sahəsində yeniliklər və görülməli işləri müzakirə ediblər.

Həmçinin iclasda “Kapital Bank”ın Müşahidə Şuasının sədri Cəlal Qasımov, “Accessbank”ın İdarə Heyətinin sədrinin müavini Şakir Rəhimov və “Bank Respublika”nın idarə heyətinin üzvü Aqşin Əmirov iştirak ediblər.

Qeyd edək ki, Qrupda mühasibat uçotu, vergi və hesabatlılıq sahəsində mövcud vəziyyətin araşdırılması, bankların bu sahədə qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.

MÜDDƏT