“Amrahbank” ABA ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verib

Əlavə edilib:

21 fevral 2018-cı il tarixində “Amrahbank” ASC və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanılıb.

Maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün universitetlərinin tələbələri üçün nəzərdə tutulub. İlkin olaraq təlim layihəsinə Azərbaycan Kooperasiya Universitetinin tələbələri cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla  əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verilib. Tədbir maraqlı müzakirələrlə yadda qalıb, layihə iştirakçılarına “Amrahbank” və ABA-nın nümayəndələri tərəfindən təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verilib.

Qeyd edək ki, bu layihənin il ərzində silsilə şəklində  davam edəcəyi nəzərdə tutulub.

MÜDDƏT