Azərbaycan Banklar Assosiasiyası və AFBİA arasında görüş keçirilib

Əlavə edilib:

22 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov arasında görüş keçirilib.

Görüşün əsas müzakirə mövzuları Assosiasiyalar arasında maliyyə bazarının inkişafı istiqamətində birgə görülə biləcək işlər sahəsində əməkdaşlıq, birgə konfrans və sərgilərin keçirilməsi olub.

Həmçinin, maliyyə-bank sərgisinin keçirilməsi ilə əlaqədar digər maraqlı tərəflərlə müzakirələrin aparılması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT