“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”na aid təkliflər müzakirə edilib

Əlavə edilib:

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” və “Komplayens” üzrə Ekspert Qrupunun üzvlərindən ibarət İşçi Qrupun iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda “Paşa Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Bank of Baku” ASC,  “Rabitəbank” ASC və “Nikoyl Bank” İKB ASC-nin nümayəndələri iştirak edib.

İclas zamanı “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”na aid banklar tərəfindən göndərilmiş təkliflər ümumiləşdirilərək müzakirə edilib.

MÜDDƏT