Bankların HR konfransının proqramı müzakirə olunub

Əlavə edilib:

15 noyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda Ekspert Qrupunun sədri Aynur Süleymanova və qupun digər üzvləri iştirak edib.

İclas zamanı ABA tərəfindən təşkil olunacaq HR konfransının formatı, HAY Group tərəfindən keçirilmiş əmək haqqı sorğusunun nəticələri müzakirə olunub.

Həmçinin iclasda 2017-ci ilin noyabr ayında  Ekspert Qrupu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında görüşün təşkil olunması məqsədilə Nazirliyə müraciət edilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT