“Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib

Əlavə edilib:

07 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib.

Tədbirin məqsədi cəmiyyətdə qadın menecmentinin rolunun qiymətləndirilməsi və daha da artırılması olub. Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri tədbirin qonaqları olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev açıb. Zakir Nuriyev qonaqları salamlayaraq bank sektorunda qadınların rolundan və əhəmiyyətindən danışıb.

Daha sonra tədbirin spikerləri təqdimatla çıxış ediblər. Əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Cəmiyyətdə qadının rolu” mövzulu təqdimatla çıxış edib. Daha sonra isə “Kapital Bank” ASC-nin İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova “Uğura aparan yol, bunun üçün kimə minnətdaram” mövzusu ilə təqdimatı davam etdirib. Növbəti spiker həkim psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskaya “Həyat və iş balansı” mövzulu təqdimatıyla qonaqlara həyat və iş balansı haqqında  məlumat verib. “Qadın olaraq peşəkar inkişafımda hansı dəstəyə ehtiyacım var” mövzulu təqdimatla çıxış edən “100 Business Women” və “Red Communications” təşkilatlarının rəhbəri Tatyana Mikayılova öz çıxışında qadınların cəmiyyətdəki mövcud mövqeyindən və əslində olmalı olan mövqeyindən bəhs edib. Sonda isə “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədrinin müavini Elşən Bədirxanov “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda təqdimat edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Tədbirdəki təqdimatları sizə təqdim edirik:

Taliyə İbrahimova

2.Fərqanə Məmmədova- Uğura aparan yol, bunun üçün kimə minnədaram

Həlimə Qəmərlinskaya -İş və Həyat Balansı

Tatyana Mikayılova

Elşən Bədirxanov- Qadın menecerlərin cəmiyyətə rolu

MÜDDƏT