ABA-da 2018-ci ilin ilk iclası keçirilib

10 yanvar 2018-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun 2018-ci il üzrə ilk iclası keçirilib.

İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov, ABA-nın  “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov və Ekspert Qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı Palata və Vergilər Nazirliyi ilə əldə edilmiş, MCC kodların siyahısının rüblük əsasda yenilənərək Palata və Nazirliyə təqdim edilməsi məsələsi müzakirə olunub və razılıq əldə edilib.

Həmçinin, iclasda Qrupun 2018-ci il üzrə İş Planı müzakirə olunub. Müzakirə zamanı İş Planının əsas istiqamətlərinə və yeni ildə görüləcək işlərə toxunulub. Eləcə də, Elektron ticarət qaydasında edilən ödənişlərin həcminə dair banklardan statistik məlumatların toplanması və onun əsasında araşdırmanın hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT