ABA-nın Ekspert Qrupu və ƏƏSMN arasında görüş keçirilib

13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABA-nın nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşü keçirilmişdir.

Belə ki, görüşdə “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun sədri Aynur Süleymanova, Qrupa üzv olan digər bankların nümayəndələri və ƏƏSMN-nin səlahiyyətli nümayəndələri iştirak etmişdir.

Görüş zamanı “Əmək Məcəlləsi”, “İşsizlikdən Sığorta haqqında” AR Qanunu, həmçinin digər əlaqədar qanunvericilik aktları və qanunvericilikdə edilən dəyişikliklər ətrafında müzakirə aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 

MÜDDƏT