ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun iclası keçirilib

22 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri arasında iclas keçirilib.

BBN.az xəbər verir ki, iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri, ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev və qrupun digər üzvləri iştirak edib.

İclas çərçivəsində bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası və bu fəaliyyətlə bağlı İşçi Qrupun yaradılması məsələsi müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT