ABA-nın İşçi Qrupunun iclası keçirilib

14 fevral 2018-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) Komplayns üzrə Ekspert Qrupunun tərkibində formalaşdırılmış İşçi Qrupunun iclası keçirilib.

İclasda qrupa üzv olan bankların nümayəndələri iştirak edib.

İclasda “Nağdsız hesablaşmalar haqqında” Tövsiyələrin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi mexanizmində bankların qarşılaşdığı çətinliklər və onların həll yolları müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT