ABA-nın “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib

7 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasda Qrupun İş Planına uyğun görülməli işlər, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlər müzakirə edilib.

Həmçinin iclasda nağdsız əməliyatların stimullaşdırılması məqsədilə fərdi sahibkar və hüquqi şəxs müştərilərin hesabları üzrə aparılan nağd əməliyyatlara nəzarətin gücləndirilməsi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA-nın “Kredit işi və risk” üzrə Ekspert Qrupu kredit işi və risk üzrə bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.

MÜDDƏT