“Daşınar əmlakın yüklülüyü haqqında” Qanun müzakirə edilib

1 iyun 2017-ci il tarixində ABA Hüquqi Məsələlər üzrə Ekspert qrupunun növbəti iclası keçirilib. İclasda İFC-nin nümayədələrinin iştirakı ilə yeni qəbul edilmiş “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun müzakirə edilib. ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev Qanunun əhəmiyyəti barədə məlumat verib, həmçinin qanunda olan boşluqlar və ziddiyyətlərin mövcud olduğunu vurğulayıb. Bu Qanunun ABA ilə müzakirə edildiyi layihəsi və qəbul olunduğu versiya ilə uyğunsuzluqların olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qanunun tətbiqi ilə bağlı çoxlu sualların olduğu və bununla bağlı ekspert qrupunun təkrar toplantılarına ehtiyac duyulduğu vurğulanıb.

Qeyd edək ki, ABA-nın ekspert qrupu qanun layihəsi ilə bağlı qeydlərini və qanunun tətbiqi ilə bağlı tövsiyələrini hazırlayaraq əlaqəli instansiyalara göndərəcək.

MÜDDƏT