“HR Forum”un tarixi bəlli olub

12 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “HR Forumu layihəsinin” İşçi qrupunun iclası keçirilib.

İclasda forumun adı, tarixi, mövzulara uyğun spikerlərin cəlb edilməsi və s. məsələlər müzakirə edilib.

Müzakirələr nəticəsində forumun 4-5 may tarixlərində keçirilməsi, mövzular üzrə cəlb olunması nəzərdə tutulan spikerlərlə danışıqların aparılması qərara alınıb.

Xatırladaq ki, Forumda digital HR, SMART hədəflərin müəyyən olunması, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT