Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ilk iclası

ABA-nın nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ilk iclası keçirilmişdir.

Hüquqi məsələlər üzrə Ekspert Qrupu aparıcı Bankların hüquq siyasəti üzrə məsul şəxslərinin (hüquq üzrə sahə rəhbərləri və departament direktorlarının) məşvərət məclisidir. Qrupun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank və maliyyə sektorunun qanunvercilik təşəbbüslərinin işlənib hazırlanması və bankların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin müzakirə edilməsi və bu məsələlərin həlli təcrübəsinin ümumiləşdirilməsidir.

Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ABA-nın qərargahında baş tutan və AtaBank, Accessbank, AGBank, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Bank of Azerbaijan, Bank of Baku, Kapitalbank, Caspian Development Bank, YapıKrediBank Azərbaycan, PAŞABank, XalqBank, Unibank, Turanbank və NBCBank ASC-nin nümayəndələrinin iştirak etdiyi keçirilmiş ilk iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “İpoteka haqqında”, “Notariat haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif olunan müvafiq əlavə və dəyişiklərin layihəsi müzakirə edilmiş, bəzi normativ-hüquqi aktların əlaqədar orqanlarla müzakirəsi əsasında yeni tələblərə uyğunlaşdırılması imkanları, habelə bankların məhkəmə və məhkəmə qərarlarının icrası təcrübəsində üzləşdikləri problemlər barədə fikir mübadiləsi aparılmışdır.

MÜDDƏT