“Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib

8 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib.

Belə ki, iclasda 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmədə nümayəndəliklə bağlı dəyişikliklərin bank sektorunda yarada biləcəyi çətinliklər müzakirə olunub. Yarana biləcək çətinliklərə qarşı görülməli olan  tədbirlər və əlaqədar məsələylə bağlı suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qərara alınıb ki, ABA tərəfindən problemli kreditlərlə bağlı məhkəmə işlərinin mövcud qanunvericilik əsasında məhkəmədənkənar həlli üsullarının tətbiqi mexanizmləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunsun. Bununla yanaşı, məhkəmədə bankların təmsilçiliyi ilə bağlı məsələlərdə banklararası təcrübə mübadiləsinin həyata keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT