“İnsan resursları departamenti”nin rəhbərləri üçün səhər yeməyi təşkil edilib

14 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı ilə bankların “İnsan resursları departamenti”nin rəhbərləri üçün səhər yeməyi təşkil edilib.

Səhər yeməyi zamanı ABTC-nin rəhbəri Cavanşir Abdullayev “Hazırki dövrdə işçi heyəti ilə işləməyin xüsusiyyətləri” adlı təqdimatla çıxış edib. C.Abdullayev təqdimat zamanı bankların hazırki dövrdə işçi strategiyalarından, insan resursları sahəsində hazırda dünyada olan trendlərdən danışıb. O, həmçinin, işçi personalı ilə işləməyin xüsusiyyətləri, bu sahədəki yalnış fikirlər haqqında da iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT