İpoteka krediti verən banklar iclas keçirib

7 dekabr 2016-cı ildə Azərbaycan Banklar Assosiasiyasının “İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu”nun iclası keçirilib. İclasda qrup üzvlərindən əlavə İpoteka Fondunun digər müvəkkil banklarının nümayəndələri də iştirak ediblər.

Tədbir də ipoteka kreditləşməsi zamanı bankların və müştərilərin qarşılaşdıqları problemlər haqqında müzakirələr aparılıb. Gündəmdə olan əsas məsələ sökülməsi planlaşdırılan və ipoteka üzrə girovda olan evlərin taleyi ilə əlaqədar olub.

Sözügedən məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib və əlaqədar qurumlara bu haqda müraciət ünvanlanmasına qərar verilib.

Həmçinin iclasda Ekspert Qrupunun gündəliyində olan digər məsələlər müzakirə edilib.

MÜDDƏT