MBNP və ABA-nın Ekspert Qrupu arasında görüş keçirilib

20 fevral 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun görüşü keçirilib. Görüşdə Palatanın və Ekspert Qrupuna üzv olan bankların nümayəndələri iştirak ediblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən görüşdə “Tələbin güzəşti” ilə əlaqədar məsələlər müzakirə edilib. Xatırladaq ki, Mülki Məcəllənin 194-cü maddəsilə tələb sahibi borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT