“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair Tövsiyələr müzakirə olunub

6 mart 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və “Komplayns” üzrə Ekspert Qrupunun tərkibində formalaşdırılmış İşçi Qrupu arasında görüş keçirilib. Görüşdə Palatanın, Maliyyə Monitorinqi Xidmətinin, o cümlədən bir sıra bankların nümayəndələri iştirak edib.

Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanunun  tətbiqi mexanizmində yaranmış çətinliklərə dair Tövsiyələr və bu çətinliklərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Həmçinin bank sektoruna dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT