Vergilər Nazirliyi ilə ABA arasında görüş keçirilib

30 dekabr tarixində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib.

ABA-nın təşəbbüsü ilə keçirilən iclasda Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Zaur Fətizadə, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva və Nazirliyin digər nümayəndələri, həmçinin Azərbaycan Banklar Assosiasiyasının ekspertləri (Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupunun üzvləri daxil olmaqla), Maliyyə Bazarlarına Nəzarət Palatasının,  Mərkəzi Bankın və prosessing şirkətlərinin nümayəndələri iştirak ediblər. Ümumilikdə, görüşdə bank sektorunu 50-yə yaxın nümayəndə  təmsil edib.

Görüş zamanı vergi qanunvericiliyinin yeni tələblərindən irəli gələrək bankların qarşısında yaranan yeni öhdəliklər və bu öhdəliklərin icrasının adekvat mexanizminin formalaşdırılması ilə  əlaqədar məsələlər müzakirə edilib.

Bankların suallarını cavablandıran Nazirlik nümayəndələri aydıqlıq gətirilməsi lazım olan məqamlarla bağlı şərhlər veriblər.

Bundan əlavə iclasda  toxunulan məsələlərlə bağlı banklara şərh xarakterli məktubların göndəriləcəyi qeyd edilib. Həmçinin elektron ticarətdə tətbiq edilən yeni qaydaların icrasının standard mexanizminin formalaşdırılması ilə bağlı ABA-nın ekspertləri ilə fikir mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdən sonra ABA tərəfindən Nazirliyə müvafiq məktub ünvanlanıb.

MÜDDƏT