Komplayns üzrə

Müddət

“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar ABA-da iclas keçirilib

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. İclasda “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üzrə tələb olunan sənədlərin siyahısının standartlaşdırılması və nəzarət prosesi üzrə hazırlanmış tövsiyyələr müzakirə edilib. Qeyd edək ki, […]

ABA və MBNP tərəfindən birgə işçi qrup yaradılır

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu” yaradılıb. Qrupun məqsədi qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanmasıdır. Qrupun kordinatoru “Yapıkredi Bank Azərbaycan” QSC-nın nümayəndəsi  […]

ABA-nın Eskpert Qrupu ilə Maliyyə Monitorinqi Xidməti arasında görüş keçirilib

17 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun təşəbbüsü ilə bank nümayəndələri və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə əlaqədar bankların sualları cavablandırılıb […]

Nağdlaşdırma əməliyyatlarının monitorinqi məsələləri müzakirə edilib

7 fevral 2017-ci il tarixində qanunvericilikdə baş vermiş son dəyişikliklərin tətbiqi mexanizmi ilə əlaqədar bank nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə təşkil edilib. Görüşdə vergi qanunvericiliyində baş vermiş […]

ABA-nın Ekspert Qrupu növbəti iclasını “Amcham” ilə keçirib

07 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupu”nun “Azərbaycanda Amerika Ticarət Palatası” (Amcham) ilə birlikdə təşkil etdiyi növbəti iclası baş tutub. İclasda Çirkli pulların yuyulmasına qarşı tədbirlər, FATCA , KYC/KYT və FATCA hesabat standardları mövzusunda təqdimatlar olub. Həmçinin iclasda Azərbaycanda tətbiq edilən hesabat standardları beynəlxalq təcrübə […]

MÜDDƏT