Hüquqi məsələlər üzrə

Müddət

Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması ilə bağlı bankların sualları cavablandırılıb

7 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. Azərbaycan  Respublikasının  Nəqliyyat,  Rabitə  və  Yüksək  Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə banklarda olan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bankların sualları cavablandırılıb.

ABA-nın “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun iclası keçirilib

19 yanvar 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda girovların reallaşdırlmasının hüquqi aspekti, eləcə də icra porsesinin effektivliyinin artırılması ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.

ABA-nın Ekspert Qrupu ilə Palata arasında görüş keçirilib

15 dekabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Hüquq və İcraat Departamentinin nümayəndələri ilə görüşmüşdür. İclasda məhkəmə qərarlarının icrası mexanizminin və hərrac prosedurlarının sadələşdirilməsi, hərrac qaydalarının təkmilləşdirilməsi, nəticədə girov əmlakının bütün tərəflərin maraqları qorunaraq realizasiyası ilə əlaqədar veriləcək təkliflər müzakirə edilmiş, bu sahədə beynəlxalq […]

Banklar yeni qanun layihəsinə olan təkliflərini ABA-ya göndərəcəklər

13 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsi ilə bağlı ABA, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bankların hüquq departmentlərinin rəhbərləri və əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə qanun layihəsinin ilkin versiyası müzakirə edilmiş və iştirakçılar tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Həmçinin görüşdə yeni qanun layihəsinin qəbulu zamanı zəruri olaraq digər normativ […]

“ABA”nın qanunvericiliyə olan təklifləri müzakirə edilib

4 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının  (ABA) “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda “İcra haqqında“ Qanuna əlavə və dəyişiklik üçün ABA tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulan təkliflər müzakirə edilib. Eyni zamanda, banklardakı girovların realizasiyası mexanizmləri, məhkəmə qərarlarının icrası, hərraclar və digər əlaqədar məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

MÜDDƏT