Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə

Müddət

“Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilib

20 iyul 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir. İclasda Azərbaycan Banklar Assossiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov, Mərkəzi Bankın Ödəniş Sistemlərinin İnkişaf Siyasətinin Hazırlanması Şöbəsinin rəhbəri Ramil Mahmudov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət Sektorunun rəhbəri Tamerlan Rüstəmov, […]

Ödəniş sistemləri qrupunun növbəti iclası keçirilib

4 may 2017-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda ABA-nın Ekspert Qrupunun üzvlərindən əlavə bankların ödəniş sistemləri məsul şəxsləri,  Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri iştirak ediblər. Gündəlikdə olan əsas məsələ debet kartları üzrə interçeync haqlarının unifikasiyası ilə əlaqdar olub və […]

Valyuta rejimində edilən dəyişikliklər müzakirə edilib

“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tətbiqinin xaricdə ödəniş kartları ilə edilən əməliyyatlarla əlaqəsi müzakirə edilib. BBN.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun 17 fevral 2017-ci il tarixində keçirilən iclasında bu məsələ ətrafında fikir mübadiləsi aparılıb. Sektor üzrə ekspert olan bank nüməyəndələrinin və […]

Hansı elektron xidmətlərdən vergi tutulacaq? – SİYAHI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Eyni zamanda, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin […]

MÜDDƏT