Banklar Arasında Şahmat üzrə şəxsi çempionat

07 may 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat”ın finalı keçirilmişdir. Çempionat 29 apreldən başlamış və ümumilikdə 82 bank əməkdaşının iştirakı ilə keçirilmişdir.

Gərgin yarışmanın sonunda Unibank ASC-nin əməkdaşı Mənsimli Rəsul 1-ci yeri qazanmışdır.

İkinci yerin sahibi Azərbaycan Beynəlxaq Bankı ASC-nin əməkdaşı Hacılı Rauf, üçüncü yerin isə PAŞABank ASC-nin əməkdaşı Qədimova İlahə olmuşdur.

Dördüncü və beşinci yerləri uyğun olaraq, XalqBank ASC-nin əməkdaşı İbrahimov Rəşad və Unibank ASC-nin əməkdaşı Quliyev Elvin bölüşmüşlər.

Xanımlar arasında fərqlənmiş oyuncu isə XalqBank ASC-nin əməkdaşı Vəliyeva Tacmahal olmuşdur.

Komandalar arası çempionat üzrə birinciliyi Unibank ASC-dən Mənsimli Rəsul, ikinci yeri Rabitəbank ASC-nin əməkdaşı İsmayılov Elvin və Xalqbank ASC-nin əməkdaşı İbrahimov Rəşad qazanmışdır.

Cempionatın sonunda Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov Şahmat Federasiyası ilə birlikdə qaliblərə diplomlar və pul mükafatları təqdim etmiş, onları təbrik etmişlər.

MÜDDƏT