Sosial-mədəni tədbirlər

Müddət

Banklararası şahmat turnirinin qalibləri bəlli olub

11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb. Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb. Banklararası şahmat […]

Azərbaycanlı məktəblilər Avropada ilk onluqda

Azərbaycanı təmsil edən məktəblilər 29 ölkənin 13-15 yaşlı şagirdlərinin iştirak etdiyi Avropa Pul Viktorinasında 9-cu yeri tutmuşdur. 10 may 2022-ci il tarixində maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil edilən və ümumilikdə 13-15 yaşlı 50 min şagirdin iştirak etdiyi Avropa Pul Viktorinasının final mərhələsi keçirilmişdir. Final mərhələsi Avropa Banklar Federasiyası tərəfindən Kahoot! platformasında onlayn şəkildə təşkil edilmişdir. […]

“Avropa Pul Viktorinası 2022”-nin milli final mərhələsi başa çatmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə təşkil edilən Avropa Pul Viktorinasının milli mərhələsi başa çatmışdır. Müsabiqədə 13-15 yaşlı şagirdlər iştirak etmişdirlər. Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn formatda keçirilmişdir. İlk mərhələdə 100 nəfər iştirak etmiş, onlardan 52 nəfər yarımfinala keçmişdir. 22 nəfər final mərhələyə keçmək hüququ qazanmışdır. Mərkəzi Bankda […]

Avropa Pul Viktorinasına qeydiyyat başlamışdır!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyasının birgə təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası”nın milli mərhələsinin seçim turu keçiriləcəkdir. “Avropa Pul Viktorinası” 28 Avropa ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində […]

ABA-nın təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Balans qadınlarla yaranır” adlı tədbir keçirilib. 2017-ci ildən etibarən keçirilən tədbir bu il də maraqlı olması ilə yadda qalıb. Tədbiri giriş sözü ilə açan ABA-nın İcraçı direktoru Yunus Abdulov tədbir iştirakçılarını təbrik edib və qadınların bank sektorundakı rolundan danışıb. Daha sonra tədbirin spikerlərinə […]

MÜDDƏT