Hüquqi məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

8 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclasda Ekspert qrupunun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan digər təşkilatların nümayəndələri iştirak edib.

BBN.az xəbər verir ki, iclasda problemli borclarla əlaqədar məhkəmə praktikasında ortaya çıxan məsələlərlə bağlı məktubun hazırlanaraq müvafiq dövlət orqanına təqdim edilməsi, vahid kredit müqaviləsinin tərtib edilməsi, pilot layihələr zamanı sökülən binalarda olan mənzillərin girov məsələləri, Baş Mühafizə İdarəsi ilə banklar arasındakı müqavilələrin detallarının müəyyən olunması ilə bağlı məsələlər müzakirə aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT