“Milli Mətbuat Günü” münasibətilə işgüzar səhər yeməyi təşkil edilib

Əlavə edilib:

18 iyul 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA)  təşkilatçılığı və “Kapital Bank” ASC dəstəyi ilə “Milli Mətbuat Günü” münasibətilə Mətbuat nümayəndələri ilə bankların marketinq departamentinin əməkdaşları üçün işgüzar səhər yeməyi təşkil edilib.

Görüşün məqsədi yenidən bir araya gəlmək, mövcud konstruktiv ünsiyyəti davam etdirmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olub.

Görüşü ABA-nın nümayəndəsi Nərmin Qəniyeva giriş sözü ilə açıb. O, əvvəlcə jurnalistləri təbrik edib və görüşün əsas məqsədini diqqətə çatdırıb. N.Qəniyeva həmçinin deyib ki, ABA nəzdində fəaliyyət göstərən 11 Ekspert Qrupundan biri də məhz “Marketinq və PR üzrə” Ekspert Qrupudur və qrup hər zaman fəal olmağa çalışır.

Daha sonra ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupunun” sədri Günel Fərzəliyeva da jurnalistləri təbrik edib, onların peşələrinin nə qədər vacib və məsuliyyətli olduğunu diqqətə çatdırıb.

Görüş media və bank nümayəndələrinin müxtəlif mövzular üzrə müzakirəsi ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT