Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik forumu keçirilib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik adlı iki günlük forum keçirilib.

Forumu giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açıq elan edib. Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkəmizdə ilk dəfə təşkil edilən forum iştirakçılarını salamlayaraq, forumun işinə uğurlar arzulayıb.

ABA-nın prezidenti ölkədə fəaliyyət göstərən kommersiya banklarını ortaq maraqlar uğrunda öz çətiri altında birləşdirən Azərbaycan Banklar Assosiasiyası tərəfindən son illərdə bank sektorunun aktual məsələlərinə həsr olunmuş konfrans və forumların təşkili mütəmadi xarakter aldığını bildirərək, bugünki forumun da belə silsilə tədbirlərin davamı olduğunu forum iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra cənab Nuriyev informasiya texnologiyalarının sürətli inkişafı və həyatımızın, demək olar ki, bütün sferalarında geniş tətbiqini vurğulayaraq Bank sektorunun da eyni zamanda informasiya texnologiyalarının inkişafına tələb yaradan, inkişafın istiqamətlərini müəyyən edən əsas sifarişçilər arasında yer alır.

Bu gün dünya kriptovalyuta bazarı inkişafda olduğu ilə yanaşı olduqca sürətlə dəyər qazanmaqla öz bazar payını artırmaqda davam edir. Lakin gələcəkdə vəziyyətin necə olacağı haqqında fikir söyləmək çox çətindir.

Respublikamızda da kriptovalyutalar və onlarla həyata keçirilən əməliyyatların olduğunu bildirərək bu Forumun da məhz maliyyə texnologiyalarında yeni trendlərin peşəkar analizi, mövcud şəraitdə kommersiya banklarına yeni dövr üçün maliyyə texnologiyalarının inkişafı, investisiyalar və İT təhlükəsizlik üzrə strategiyalarını müəyyənləşdirməkdə dəstək olmaq, dövlət qurumlarının nümayəndələri və müstəqil yerli və beynəlxalq ekspertlərlə birgə aktual məsələləri müzakirə etmək, beynəlxalq praktikaya nəzər salmaq və yeni çağırışlara cavab axtarışı məqsədi daşıyır.

Sonra sözü götürən Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev AMB-nın kriptovalyuta ilə bağlı konservativ yanaşmanın sərgilədiyini bildirərək, bu proseslərin risklərini araşdırdığını qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovun sözlərinə görə,  Azərbaycanda ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır.

“Azərbaycan bazarında informasiya texnologiyarının yeniliklərinə ən tez reaksiya verənlər ödəniş xidmətləri təchizatçılarıdır. Bunun üçün də bu sahədə hüquqi çərçivənin formalaşdırılması üçün “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin hazırlanması qarşımızda labüd bir vəzifə kimi qoyulub. Layihə artıq yekun fazadadır. Qanunun tətbiqi ilə ödəniş xidməti təchizatçılarının sayı artacaq, yeni elektron pulların tətbiqi həyata keçiriləcək. Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Blokçeyn və digər yeni maliyyə texnologiyalarının tənzimlənməsi zamanı dünya təcrübəsində istifadə edilən “qum qutusu” yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər.

Beləcə blokçeynin tətbiqi üçün “sınaqdan keçir və öyrən” prinsipinə əsaslanan və özəl sektorun fəallığına, təşəbbüskarlığına söykənən bir mühit yaradıla bilər. Çünki blokçeyn texnologiyaları yeni olduğundan hətta inkişaf etmiş ölkələrdə belə dövlət tərəfindən dəqiq tənzimlənmə mexanizmləri tam qurulmayıb”,-deyə o qeyd edib.

V.Qasımlının sözlərinə görə, blokçeyn texnologiylarının tətbiqi bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqətlə öyrənilir, risklər və imkanlar qiymətləndirilir: “Azərbaycanın maliyyə-bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, maliyyə xidmətlərinin daha da yaxşılaşması, maliyyə resurslarına əlçatanlığın genişləndirilməsi və qlobal miqyasda rəqabətə davamlılığın təmin edilməsi həm də blokçeyn texnologiyalarının səmərəli tətbiqindən asılı olacaq”.

Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.

İki günlük forumda ümumilikdə 83 qurumdan, o cümlədən maliyyə sektorundan, dövlət qurumlarından və İT şirkətlərindən 200-dən çox nümayəndə iştirak edib .

Tədbirin bülletenini, spikerlərin təqdimatlarını və forumun video görüntüsünü aşağıdakı keçidlər vasitəsilə əldə edə bilərsiniz

http://gbmevents.az/blockchain2018/az.html

Bülleten

Təqdimatlar:

17 may,2018

  1. Nikolay Lekqodimov
  2. Daniele De Gennaro
  3. Aleks Sudadze
  4. Pavel Prokudin
  5. Boris Spremo
  6. Seçil Arslan
  7. Mehmet İzzet Hacialioglu
  8. Görkem Gökçe

18 may, 2018

  1. Bülent Muşlu
  2. Meiram Burataev
  3. İlqar Əliyev
  4. Kənan Əliyev
  5. Andrey Drozdov
  6. Pavel Prokudin
  7. Mehmet Ali Çitpiş
  8. Əşrəf Həsənov
  9. Qaçay Mirzəyev və Rasim Bədəlbəyli

MÜDDƏT