“Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinin növbəti təlimi keçirilib

Əlavə edilib:

28 fevral 2018-cı il tarixində “Amrahbank” və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə növbəti təlim keçirilib.

Növbəti təlim layihəsinə Odlar Yurdu Universitetinin tələbələri cəlb olunub. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirilib. “Banklarda kredit işi” mövzusunda keçirilən təlim tələbələri maraqlandıran suallarla başa çatıb. Sonda, bütün tələbələrə iştirak sertifikatı təqdim olunub.

MÜDDƏT