Müsahibələr

ABA-nın Ekspert Qrupunun sədri ATV kanalına müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV kanalına müsahibə verib. Ekspert Qrupunun sədri TV-də yayımlanan “İqtisadi Zona” verilişi çərçivəsində “Vəfat edən şəxsin bank hesabı vərəsələrə elektron qaydada təqdim olunacaq” mövzusu ətrafında fikir bildirib. Həmin müsahibəni (00:55 dəq. – dən başlayaraq) təqdim edirik.

ABA-nın eksperti Rauf Məlikovun ARB TV-də müsahibəsi yayımlanıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun mütəxəssisi Rauf Məlikov ARB TV-də yayımlanan “Günə doğru” verilişinə müsahibə verib. O, “Bank işçiləri əmanətə xəyanət edir” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (02:32 dəq. başlayaraq) baxa bilərsiniz.

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-yə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində qonaq olub. O, “Vəfat edən şəxsin bank hesabı elektron qaydada təqdim olunacaq” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (06:00 dəq. başlayaraq) baxa bilərsiniz.

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “Telesəhər” verilişində qonaq olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev AzTV-də yayımlanan “Telesəhər” verilişində qonaq olub. O, “Zamin durmaq üçün hansı şərtlər tələb olunur?” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin verilişə aşağıdakı videodan baxa bilərsiniz.

MÜDDƏT