Xəbərlər

Müddət

ABA ilə IFC arasında əməkdaşlığa dair saziş imzalanmışdır

14 İyun 2023-cü il tarixində “FİNTEX SAMMİT 2023” – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında yaxşı ESG və dayanıqlı maliyyənin təşviqinə kömək olmaq məqsədilə əməkdaşlığa dair saziş imzalanmışdır. Sazişi ABA-nın icraçı direktoru Yunus Abdulov və IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Ivana Fernandes Duarte imzalamışdır. Qeyd […]

Regionun nüfuzlu bank-maliyyə tədbiri olan “FİNTEX SAMMİT 2023” – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ başa çatdı

13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintex və Təhlükəsizlik” adlı Sammit öz işini yekunlaşdırıb. Ümummilli Lider […]

ABA tərəfindən “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları” mövzusunda seminar keçirilmişdir

14 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq halları”mövzusunda seminar keçirilmişdir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində bank və fintex ekosisteminin nümayəndələri üçün keçirilən seminarda son fırıldaqçılıq trendləri və onlara qarşı mübarizə tədbirləri açıqlanmışdır. Tədbir zamanı təsərrüfat subyeklərinin kateqoriya kodlarının (MCC […]

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə İştirakçı Banklar Birliyi arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə İştirakçı Banklar Birliyi (TKBB) arasında Türkiyə və Azərbaycanda maliyyə sektorunun inkişafına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Sənəd ABA-nın prezidenti Zakir Nuriyev və TKBB İdarə Heyətinin Sədri İlker Sırtkaya tərəfindən imzalanmışdır. Anlaşma Memorandumu üzv təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək […]

Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutmuşdur

13 iyun 2023-cü il tarixində Bakıda “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası baş tutmuşdur. İclasa Türkiyə Banklar Birliyi, İdarə heyətinin sədri Alpaslan Çakar,  Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov,  Türkiyə İştirakçı Banklar Birliyinin sədri İlker Sırtkaya, Qazaxıstan Banklar Birliyinin vitse-prezidenti Marat Baitokov və Şuraya üzv olan Qırğızıstan, […]

MÜDDƏT