Xəbərlər

Müddət

ABA-nın nəzdində yeni Ekspert Qrupları yaradılıb

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır. Eyni zamanda, “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyəti nəzərdə tutulan alt […]

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir – Foto

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın gündəliyinə ABA-nın və törəmə qurumların 2023-cü il üzrə fəaliyyətinin, Audit Komitəsinin hesabatının, 2024-cü il üzrə iş planının, ABA-nın Audit Komitəsi üzvlərinin və sədrinin təsdiqi daxil olmuşdur. Bundan başqa, iclas zamanı ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG […]

Mərkəzi Bank, ABA və ADRA rəhbərliyi arasında görüş keçirilmişdir – Foto

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadov və Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin ADRA-da təşkil edilən görüşündə bankların açıq məkandakı reklamları ilə bağlı məsələlər müzakirə edilib, dövlət qurumu ilə özəl sektorun qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin də iştirak etdiyi […]

“Pərakəndə Bankçılıq İşçi Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

28 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Pərakəndə Bankçılıq İşçi Qrupu”nun “Zoom” platforması üzərindən ilk onlayn iclası keçirilmişdir. İclasda “Pərakəndə Bankçılıq İşçi Qrupu”nun fokuslanacağı məsələlər, həmçinin həyat sığortasının istehlak kreditlərinə tətbiqi üzrə müzakirə aparılmışdır. Eyni zamanda görüşdə Ekspert Qrupunun növbəti iclasının vaxtı və formatı müəyyən edilmişdir. Əlavə edək ki, Ekspert […]

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Kredit Bürosu arasında onlayn görüş keçirilmişdir – Foto

23 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kredit Bürosu (AKB) arasında bankların iştirakı ilə onlayn görüş keçirilmişdir. Görüşdə AKB-nin yeni xidmətləri, eləcə də mövcud xidmətlərində təkmilləşmələr və bankların təklifləri nəzərə alınaraq AKB tərəfindən həyata keçirilən layihələr və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilmişdir. Əvvəlcə iştirakçılara AKB tərəfindən Türkiyənin Kredi Kayıt […]

MÜDDƏT