Xəbərlər

Müddət

ABA-nın təşkilatçılığı ilə “Biznes Trendlər, Həllər və Komplayns Yeniləmə” adlı tədbir keçirilmişdir

19 aprel 2023-cü il tarixində Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Raiffeisen Bank International AG”nin (Avstriya, Vyana) birgə təşkilatçılığı çərçivəsində “Biznes Trendlər, Həllər və Komplayns Yeniləmə” (Business Trends & Solutions and Compliance Update) adlı tədbir keçirilmişdir. Azərbaycan Bank icmasından 80-dan artıq nümayəndənin iştirak etdiyi tədbirdə ticarətin maliyyələşdirilməsi ilə əlaqədar işlərin təşkili, ödəniş sisteminin gələcəyi, ikili […]

ABA-nın rəhbər heyəti 45-ci BACEE Bankçılıq Konfransında iştirak etmişdir

20 aprel 2023-cü il tarixində Macarıstanın Budapeşt şəhərində illik təşkil edilən sayca 45-ci BACEE Bankçılıq Konfransı keçirilmişdir. Bank sektoru ilə bağlı gündəm mövzuların müzakirə olunduğu konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov da iştirak etmişdir. Konfransda Macarıstanın bank sektoru ilə bağlı mövcud vəziyyət, qlobal bank sektorundakı qeyri-müəyyənliklərin Mərkəzi və Şərqi Avropa, Cənubi-Şərqi Avropa ölkələrinə […]

Azərbaycan Banklar Assosiasiyası ilə Macarıstan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

20 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Macarıstan Banklar Assosiasiyası (MBA) arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının Baş katibi Levente Kovács imzalamışdır. Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkili, hər iki təşkilatın üzvü olan banklar arasında […]

“Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir

26 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən onlayn iclası keçirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin də iştirak etdiyi iclasda Ekspert Qrupu tərəfindən görüləcək işlər, qarşıya qoyulan məqsədlər və digər cari məsələlər müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası […]

“Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar keçirilmişdir

25 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin, eləcə də digər bank nümayəndələrinin iştirakı, “PAŞA Bank” ASC-nin dəstəyi ilə “Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar təşkil edilmişdir. Vebinarda “PwC Türkiye”, “Akbank”, […]

MÜDDƏT