Xəbərlər

Müddət

“Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir – Foto

05 mart 2024-cü il tarixində “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA), Böyük Britaniya Ticarət Palatasının (BCCA) dəstəyi və “Xəmsə” Sığorta və Təkrarsığorta Brokeri MMC-nin təşkilatçılığı ilə “Sərhədlərin təhlükəsizliyi” çərçivəsində “Kiberrisklərin sığortası, direktorların və rəhbər şəxslərin təhlükəsizliyi” mövzusunda seminar keçirilmişdir. Seminar müasir rəqəmsal dünyada kiberrisklərin və korporativ məsuliyyətin sığorta təminatının aktual problemlərinə həsr olunmuşdu. Seminara spiker qismində dəvət […]

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

6 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə” Ekspert Qrupunun “Zoom” platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclasda “Banklarda korporativ idarəetmə Standartları”ndan irəli gələrək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli illik hesabatın formatı müzakirə edilmişdir. Hesabata daxil edilən məsələlərlə bağlı ekspertlərin rəyləri alınmış və yekun format razılaşdırılmışdır. […]

ABA-nın eksperti Rauf Məlikovun ARB TV-də müsahibəsi yayımlanıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun mütəxəssisi Rauf Məlikov ARB TV-də yayımlanan “Günə doğru” verilişinə müsahibə verib. O, “Bank işçiləri əmanətə xəyanət edir” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (02:32 dəq. başlayaraq) baxa bilərsiniz.

ABA-nın eksperti Qorxmaz Ağayev AzTV-yə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti Qorxmaz Ağayev AzTV-də yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində qonaq olub. O, “Vəfat edən şəxsin bank hesabı elektron qaydada təqdim olunacaq” sualı altında gedən ictimai müzakirədə iştirak edib. Həmin buraxılışa aşağıdakı videodan (06:00 dəq. başlayaraq) baxa bilərsiniz.

“Bankçılıq Mükafatları- 2023” tədbiri keçirilib

29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2023” adlı tədbiri də baş tutmuşdur. ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib. Mükafatlandırma mərasimində […]

MÜDDƏT